VÖEN haqqıda | Maraqlı məlumatlar

Hörmətli oxuyucu, vergi nəzarət organı əməkdaşları, mühasiblər, sahibkarlar və ümumilikdə hər birimizin ən çox istifadə etdiyi abreviaturalardan biri olan VÖEN (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsin) haqqında maraqlı faktları aşağıda səninlə bölüşəcəm.

1. VÖEN nömrəsi Nazirlər Kabinetinin 21.12.2000-ci il tarixli Qərarı əsasında 01.01.2001-ci il tarixindən etibarən bütün hüquqi və fiziki şəxslərin uçotu dövlət vergi organları tərəfindən aparılaraq vergi ödəyicilərinə təqdim edilir.

2. VÖEN 10 rəqəmdən ibarət olub, müəyyən qanunauyğunluğa əsasən formalaşır. Belə ki, VÖEN-in ilk 2 rəqəmi onun hansı regionda (rayonda) qeydiyyata alındığını, sonrakı 6 rəqəm həmin regionda neçənci sıra üzrə qeydiyyata alındığını, 9-cu nömrə sistem tərəfindən 1-9 arası rəqəmlərdən təsadüfi 1-nin seçilməsi nəticəsində müəyyən edilir, sonuncu rəqəm isə ya 1, ya da 2-dir. Hüquqi şəxs kimi qeydiyyata alınmış vergi ödəyicilərində sonuncu rəqəm 1, fiziki şəxs kimi qeydiyyata alınmış ödəyicilərdə isə 2 rəqəmi qeyd edilir.

3. VÖEN nömrəsi bir şəxsə 1 dəfə təqdim edilir, fiziki şəxs VÖEN-ini ləğv edib (vergi uçotundan çıxarıb) təkrar qeydiyyata alınma barədə müraciət edərsə, ona yenə də həmin VÖEN nömrəsi təqdim edilir. Hətta, ləğv edilmiş VÖEN nömrəsi yeni qeydiyyata alınan digər vergi ödəyicisinə təqdim edilmir. Sonda qeyd edək ki, VÖEN şəhadətnaməsi itərsə, nömrə dəyişdirilmədən dublikat nüsxə vergi orqanı tərəfindən ödəyiciyə təqdim edilir.

Yorum bırakın